
Vəzifə öhdəlikləri
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi;
Daxil olan ilkin mühasibat sənədlərinin yoxlanılması, üzləşdirilməsi və 1C sisteminə işlənməsinə nəzarət;
Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
1C 8.3 proqramında mühasibat əməliyyatlarının aparılması;
e-gov.az, e-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icrası;
Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun düzgün aparılmasını təmin etmək;
Müqavilə və obyekt kodlarının alınması;
Əmək haqqı hesablamaları ilə bağlı məlumatların hazırlanması və əmək haqqı fonduna nəzarət;
Mühasibat sənədlərinin saxlanılması və arxivləşdirilməsinin təşkil edilməsi;
İnventarizasiyaların keçirilməsində iştirak və nəzarət;
Rəhbərlik tərəfindən verilən mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
1C 8.3 proqramını yüksək səviyyədə bilməli;
MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və müstəqil işləmək bacarığı;
Rus dili biliyi arzuolunandır;
ACCA (F3, F7 və s.) və ya digər beynəlxalq mühasibat sertifikatlarının olması üstünlükdür;
Cins: Qadın.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
İş yeri: Tbilisi prospekti;
Əmək haqqı: 1 000 AZN;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Tələblərə uyğun namizədlərdən CV-lərini vakansiyanın yerləşdirildiyi platformada [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.