
Vəzifə öhdəlikləri:
Mühasibat və vergi uçotunun aparılması;
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
E-Qaimə Faktura, və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
Bank, Kassa, Satış, Əmək haqqı, avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
30-50 yaş aralığında olan namizədlər;
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
Mühasibat hesablaşmaları
Vergi və Əmək məcəllələrini yüksək səviyyədə bilməli
1.C8.2 Proqramlarında yüksək səviyyədəi şləmə bacarığı
İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 5 iş günü, saat 10.00 –dan 19.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
Müəssisə Kiçik sahibkarlıq subyekti meyarlarına daxildir (İllik dövriyyəsi böyük deyildir)
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.