
Vəzifə təlimatları:
Satış, alış və anbar əməliyyatlarının 1C sisteminə dəqiq və vaxtında daxil edilməsi;
Tikinti obyektləri və anbarlar üzrə mal-materialların hərəkətinə və qalıqlarına nəzarət edilməsi, müvafiq hesabatların hazırlanması;
Tikinti materiallarının norma üzrə silinməsi əməliyyatlarının aparılması;
Təchizatçılar və subpodratçılarla üzləşmə aktlarının tərtibi və qarşılıqlı hesablaşmalara nəzarət;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
Rəhbərliyə tələb olunan maliyyə və analitik hesabatların təqdim edilməsi.
Vəzifə ilə bağlı tələblər:
Müvafiq ixtisas üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
İş şəraiti
İş yeri : Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Mühasib” yazmaqla [email protected] elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.