Vəzifə öhdəlikləri:
Vergi, DSMF, Statistika, Məşğulluq və digər qanunvericiliyə uyğun hesabatların dəqiq və vaxtında hazırlanması və təqdim edilməsi.
Əmək haqqının hesablanması və ödənilməsinə nəzarət, kassa və bank əməliyyatlarının düzgün icra olunmasının təmin edilməsi.
Satış və satınalma xərclərinin, gündəlik otel, bilet və digər xidmətlərin uçotu və nəzarəti, müəssisənin gəlir və xərclərinin kassa kitabında düzgün aparılması.
Aylıq və idarəçilik üçün maliyyə hesabatlarının, maliyyə təqdimatlarının, mənfəət və zərər hesabatlarının hazırlanması və təqdim edilməsi.
Tələblər:
Ali təhsil
Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
1C və Excel yüksək səviyyədə (mütləqdir);
Vergi, əmək qanunvericilikləri üzrə biliklər;
Maliyyə hesabatları və analitik təhlil aparmaq bacarığı;
Elektron kommersiyadan anlayışı olan;
Azərbaycan dili (rus və ingilis dili əlavə üstünlükdür);
Dəqiq və məsuliyyətli iş üslubu, komanda ilə işləmək bacarığı;
İş şəraiti
Əmək Haqqı: 800-1000 AZN
İş Qrafiki: Həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Şirkət: Pickvisa.az
Qeyd: Vakansiya yalnız ofis daxilində işləyəcək namizədlər üçün nəzərdə tutulur.
Ərizə Qəbulu: Tələblərə uyğun namizədlər CV-lərini [email protected]n elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Mühasib” qeyd etsinlər.
Emailin sonunda isə “Sizcə, yaxşı mühasibi fərqləndirən ən vacib xüsusiyyət nədir?” sualını 1 cümlə ilə cavablandırmalarını xahiş edirik.