
Vəzifə öhdəlikləri:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Debitor və kreditor borcların uçotunun aparılması;
Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
Gəlir və xərclərin uçotunun aparılması;
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi hesabatlarının (ÖMV, Muzdlu, Mənfəət və s);
Statistika hesabatlarının verilməsi.
Vəzifə tələbləri:
Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il;
Dil bilikləri: Azərbaycan dili (İngilis dili, Rus dili arzuolunandır);
Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel).
Digər zəruri tələblər:
Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. ACCA F3 arzuolunandır.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
Problem həll etmə bacarıqları;
Təqdim etmə bacarığı;
Detallara diqqət;
Komandada işləmək bacarığı;
Analitik düşünmə bacarığı.
İş şəraiti:
İş vaxtı: Həftə içi 1-5 gün 09:00–18:00 (nahar vaxtı 13:00 – 14:00);
Könüllü tibbi sığorta;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: müsahibə əsasında;
Korporativ nömrə və danışıq limiti;
Ünvan: Şabran şəhəri, Qalaaltı kəndi.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.