
AZERA Holding-in tərkibində fəaliyyət göstərən “Kraun Ko-R” MMC komandasına peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır.
Əsas vəzifələr:
Maliyyə uçotunun qanunvericiliyə və mühasibat standartlarına uyğun aparılması;
Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
İstehsal xərclərinin uçotunun aparılması və təhlili;
Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılmasının həyata keçirilməsi;
Dövri maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Maliyyə göstəricilərinin təhlili, gəlir və xərclərin monitorinqi;
Pul vəsaitlərinin idarə olunması, bank əməliyyatlarının icrasına nəzarət;
Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi;
Mühasibat uçotu üzrə daxili prosedurlara və normativ sənədlərə riayət edilməsi.
Tələblər:
Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
Aparıcı mühasib və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə biliklər;
1C proqramında sərbəst işləmək bacarığı;
Microsoft Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;
Stress altında işləmək və qərarvermə bacarığı.
Biz təklif edirik:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Korporativ iş mühiti;
Stabil və uzunmüddətli əməkdaşlıq.
Əmək haqqı -1500 Azn
CV-nizi "Aparıcı Mühasib – Kraun Ko-R MMC" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.