
Logistika şirkətinə mühasib axtarılır!
Dinamik və peşəkar komandamıza qoşulacaq, məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Mühasib axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin gündəlik mühasibat uçotunun aparılması;
Bank, kassa və POS-terminal əməliyyatlarının həyata keçirilməsi və uçotu;
E-qaimə, hesab-faktura və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması;
Gəlir və xərclərin gündəlik uçotunun aparılması;
Yanacaq, nəqliyyat və logistika xərclərinin uçotunun aparılması;
Sürücülər, təchizatçılar və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılması;
Debitor və kreditor borcların izlənilməsi;
Vergi və əmək qanunvericiliyinə uyğun mühasibat əməliyyatlarının aparılması;
Gömrük sənədləri və idxal-ixrac əməliyyatları üzrə ilkin mühasibat uçotunun aparılması;
Rəhbərliyə tələb olunan maliyyə hesabatlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi.
Namizədə tələblər:
Ali və ya orta ixtisas maliyyə/mühasibat təhsili;
Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
E-qaimə, hesab-faktura, bank və kassa əməliyyatları üzrə praktiki təcrübə;
Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarını bilməsi;
1C və Microsoft Excel proqramlarında işləmək bacarığı;
Logistika və nəqliyyat sahəsində mühasibat uçotu üzrə təcrübə üstünlükdür;
Gömrük və idxal-ixrac əməliyyatları üzrə ilkin biliklər;
Analitik düşünmə qabiliyyəti;
Məsuliyyətli, diqqətli, dəqiq və dürüst olmaq;
Komandada işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər:
Qeyd: E-mailin mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.