
AZERA Holding tərkibində fəaliyyət göstərən Baku Medical Plaza (Mərkəz filialı) üzrə Mühasib vakansiyası elan edilir.
İş şəraiti
Struktur bölməsi: Maliyyə departamenti
İş yeri: Baku Medical Plaza
Əmək haqqı: 1000 AZN
Namizədə tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 1.5 il iş təcrübəsi
PMS sertifikatı arzuolunandır
Rus dili biliyi üstünlükdür
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Təmkinli, məsuliyyətli və səbirli olmaq
Klinika təcrübəsi olması üstünlükdür
Vəzifə öhdəlikləri:
Gündəlik kassa və bank hesabatlarının hazırlanaraq holdingə təqdim edilməsi
Statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Müqavilələrin qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi
Aylıq dövriyyə cədvəllərinin hazırlanması
Ödəniş planlarının analiz edilməsi və hazırlanması
Kreditor ödənişlərinin icrası və hesabatların hazırlanması
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.