Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik mühasibat və vergi uçotunun düzgün və vaxtında aparılması;
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
Mühasibat uçotu üzrə daxili prosedurlara və normativ sənədlərə riayət edilməsi
Mühasibat sənədlərinin və elektron qaimə-fakturaların düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
Bütün mühasibat əməliyyatlarının 1C 8.3 ERP proqramında düzgün əks etdirilməsi;
Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların düzgünlüyünün təmin edilməsi;
Mühasibat və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi.
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
Əlavə Dəyər Vergisi (ƏDV) və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə praktiki biliklər;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə dərin biliklər;
Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
e-taxes.gov.az, e-gov.az, e-sosial.az, DSMF, ƏDV (VAT) və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
İş barədə məlumat
Əmək haqqı razılaşma əsasında
İş yeri: Binə qəsəbəsi
İş vaxtı: 5 günlük iş qrafiki.
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq [email protected] elektron poçt ünvanına göndərilməsi və ya 055 400 70 80 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.