
Namizədə tələblər:
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
Excel və 1C 8.3 proqramında işləmək bacarığı.
Dil bilikləri:Azərbaycan və rus dilləri səlist
Komandada işləmək bacarığı
Məsuliyyətli və işində dəqiq
Vergi Məcəlləsini bilməli
Vəzifə öhdəlikləri:
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
Proqram üzrə mühasibat yazılışlarının verilməsi
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
Rəsmi hesabatların hazırlanması və təqdim olunması
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
İş şəraiti
Əmək Haqqı: 1500 AZN
İş Qrafiki: 5 günlük iş həftəsi
Iş rejimi: 09:00 – 18:00
İstirahət günü: Şənbə, bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” göstərməyiniz xahiş olunur.