İş Elanı
Şirkətimizin maliyyə və mühasibatlıq bölməsinə dəstək göstərəcək, diqqətli və məsuliyyətli Mühasib köməkçisi vəzifəsi üzrə yeni əməkdaş axtarırıq..
İş şəraiti
İş yeri: Bakı, Yasamal rayonu
İş rejimi: 5 günlük (09:00–18:00)
Əmək haqqı: 500-600 manat, tələb olunan bilik və bacarıqlara görə müəyyən olunur.
Vəzifə öhdəlikləri
Mühasibat uçotu əməliyyatlarının aparılmasında baş mühasibə dəstək göstərmək;
Müvafiq mühasibatlıq əməliyyatlarının “1C 8.3” proqramında həyata keçirilməsi;
Gündəlik maliyyə sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgün tərtibi və sistemə daxil edilməsini təmin etmək;
Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin hazırlanması və arxivləşdirilməsində iştirak etmək;
Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında dəstək vermək;
Mal-material, əsas vəsait və inventar uçotunun aparılmasında iştirak etmək;
Aylıq gəlir-xərc və debitor-kreditor hesabatlarının hazırlanmasında köməklik göstərmək;
Elektron qaimələrin və e-taxes.gov.az, e-gov.az portallarında əməliyyatların yerinə yetirilməsində iştirak etmək;
Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və düzgün saxlanılmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq və inzibati tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə;
Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (praktika və ya köməkçi səviyyəsi qəbul edilir);
1C 8.3 mühasibat proqramında işləmək bacarığı (mütləq üstünlük);
Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən birində ilkin səviyyədə bilik arzuolunandır;
Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmək bacarığı;
Yüksək etik standartlar və konfidensial məlumatlarla işləmə bacarığı;
Öyrənməyə açıq və təşəbbüskar yanaşma.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Mühasib köməkçisi” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.