
Flair Women’s Club komandamıza təcrübəli və məsuliyyətli mühasib axtarırıq.
Əsas vəzifələr:
Gündəlik gəlir və xərclərin uçotunun aparılması
Mühasibat proqramı və sistemlərdə sərbəst işləmək
Kassa və maliyyə əməliyyatlarına nəzarət
Aylıq gəlir-xərc və maliyyə hesabatlarının hazırlanması
Rəhbərliyə mütəmadi maliyyə analizi və hesabatların təqdim edilməsi
İşçilərin işə qəbulu və sənədləşmə prosesinin aparılması
İşçi davamiyyətinə və iş qrafikinə nəzarət
Əməkhaqqı hesablamalarının aparılması
Ümumi daxili iş proseslərinə və əməkdaşların fəaliyyətinə nəzarət
Maliyyə göstəricilərinin təhlili və xərclərin optimallaşdırılması üzrə təkliflərin verilməsi
Tələblər:
Mühasibatlıq sahəsində real iş təcrübəsi
Mühasibat proqramlarında işləmək bacarığı
Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı
Məsuliyyətli, sistemli və diqqətli olmaq
Komanda və iş proseslərini idarə edə bilmək
Rus dili mütləqdir
İş şəraiti
İş qrafiki: həftədə 6 gün
Flair Women’s Club — Ağ Şəhər, Mərkəzi Park küç. 15, Breeze Tower
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.