
Əsas vəzifə və öhdəliklər:
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda və hesabat sənədlərində əks etdirilməsini təşkil etmək və nəzarətdə saxlamaq;
Müəssisənin mühasibat uçotunun və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
Vergi hesabatlarının hazırlanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilməsini təşkil etmək;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək;
Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Daxil olan və çıxan pul vəsaitlərinin uçotunu, bank əməliyyatlarını, xərcləri, məhsul satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarını təşkil etmək və nəzarətdə saxlamaq;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilmə hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna , digər ayırmaları tərtib və nəzarət etmək;
Əməkhaqqı ödənişlərinin, dövlət büdcəsinə məcburi ödənişlərin, sosial sığorta ayırmalarının və digər öhdəliklərin düzgün hesablanmasına nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Maliyyə intizamına riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Vergi risklərini əvvəlcədən müəyyənləşdirmək və qanunvericiliyə uyğun idarə etmək;
Pul axınının planlaşdırılmasını və nəzarətini həyata keçirmək;
Büdcənin hazırlanmasını və faktiki nəticələrlə müqayisəli təhlilini təmin etmək;
Mənfəətlilik, marja və xərclərin optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
Mühasibatlıq komandasının fəaliyyətini idarə etmək və nəzarətdə saxlamaq;
Namizədə qarşı tələblər:
Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Baş mühasib, Maliyyə meneceri və ya oxşar rəhbər vəzifədə minimum 7 il iş təcrübəsi;
1C (8.3 Kompleks Avtomatlaşdırma) və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
Vergi qanunvericiliyi üzrə dərin biliklər;
Büdcələşdirmə, maliyyə təhlili və pul axınının idarə olunması üzrə güclü bilik və bacarıqlar;
Peşəkar Mühasib Sertifikatı (PMS – MHBS);
ACCA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatları üstünlükdür;
Azərbaycan dilini səlis bilməli; rus və ingilis dili bilikləri üstünlükdür;
Analitik düşüncə, yüksək məsuliyyət, detallara diqqət və effektiv qərarvermə bacarığı;
Komandanı idarə etmək və rəhbərliklə effektiv kommunikasiya qurmaq bacarığı;
İş şəraiti:
5 günlük iş həftəsi
İş vaxtı: 09:00 - 18:00
Tibbi sığorta
Korporativ nömrə
Əməkhaqqı: 4000-6000 AZN.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına “Baş mühasib / Maliyyə meneceri” başlığı ilə göndərə bilərlər.