Şirkətimizə mühasibatlıq və maliyyə proseslərinin idarə olunması üzrə təcrübəli Baş mühasib axtarılır.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi;
Vergi, mühasibat və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
ƏDV, mənfəət vergisi, əmək haqqı və digər vergi öhdəliklərinin düzgün hesablanmasına nəzarət;
Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və proseslərin idarə olunması;
Bank əməliyyatlarına, kassa və ödənişlərə nəzarət;
Debitor və kreditor borcların uçotunun aparılması və nəzarətdə saxlanılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;
Mühasibatlıq üzrə daxili proseslərin və sənəd dövriyyəsinin təşkili;
Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması;
Mühasibatlıq komandasının işinin koordinasiyası və nəzarəti.
Namizədə tələblər:
Mühasibatlıq sahəsində ən azı 10 il iş təcrübəsi;
Baş mühasib vəzifəsində iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək;
Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Analitik düşüncə və yüksək məsuliyyətlilik;
Detallara diqqətli yanaşma;
Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
Stabil və peşəkar iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları.
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Baş Mühasib" qeyd olunmalıdır.