Vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi
Kassa və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi
Alış, satış və digər təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi
Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin həyata keçirilməsində iştirak
Hesab-faktura, elektron qaimə və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması
Mühasibat məlumatlarının ERP sistemində düzgün və vaxtında işlənməsi
Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi
Vergi və digər məcburi ödənişlərlə bağlı məlumatların hazırlanmasına dəstək göstərilməsi
Elektron qaimələrin hazırlanması və yoxlanılması
Vergi orqanlarına təqdim olunan məlumat və sənədlərin hazırlanmasında iştirak
Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılmasına dəstək
Ödəniş tapşırıqlarının və digər maliyyə sənədlərinin hazırlanmasında iştirak
Əməkhaqqı üzrə ilkin məlumatların hazırlanmasına dəstək göstərilməsi
Avans, ezamiyyə və digər ödənişlərlə bağlı sənədlərin işlənməsi
İşçilərlə hesablaşmalar üzrə məlumatların sistemləşdirilməsi
Müvafiq ödəniş və tutulmalarla bağlı məlumatların hazırlanmasında iştirak
Gündəlik və aylıq mühasibat məlumatlarının hazırlanmasına dəstək
Debitor və kreditor borclar üzrə məlumatların hazırlanması
Baş mühasibin tələb etdiyi hesabatların hazırlanmasında iştirak
Mühasibat məlumatlarında uyğunsuzluqların müəyyən edilməsi və aidiyyəti şəxslərlə koordinasiya
Namizədə tələblər
Ali təhsil — Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə
Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi
İlkin mühasibat uçotu və sənədləşmə üzrə biliklər
Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qaydaları üzrə əsas biliklər
MS Excel və digər MS Office proqramlarında işləmək bacarığı
1C və ya digər ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
Elektron qaimə və vergi sistemləri ilə işləmə bacarığı üstünlükdür
Rəqəmlərlə işləmək və analitik düşünmə bacarığı
Diqqətlilik və yüksək dəqiqlik
İş yeri: Sumqayıt şəhəri, Sülh pr. 64
İş qrafiki: 5 günlük
İş saatları: 08:30-17:30
Təklif edirik
Peşəkar komanda ilə işləmək imkanı
Karyera və inkişaf perspektivləri
Peşəkar və dinamik iş mühiti
Mühasibatlıq və maliyyə sahəsində praktiki inkişaf imkanları
Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
Peşəkar inkişaf və təlim imkanları
Korporativ nömrə
Könüllü tibbi sığorta
Mövzu yerinə “Kiçik mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.