
Şirkətimiz peşəkar və məsuliyyətli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil edilməsi və idarə olunması;
Vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
Əməkhaqqı, vergi və digər məcburi ödənişlərin hesablanmasına nəzarət;
Bank əməliyyatlarının, debitor və kreditor borclarının uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgünlüyünə və vaxtında işlənməsinə nəzarət;
Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi;
Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və maliyyə intizamının təmin edilməsi.
Namizədə tələblər:
Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi;
Baş mühasib vəzifəsində iş təcrübəsi
İstehsal sahəsində təcrübə üstünlükdür
Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
1C ( 8.3) və MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək;
Analitik düşüncə və yüksək məsuliyyətlilik;
Komandada işləmək və rəhbərlik etmək bacarığı;
Azərbaycan dili biliyi; rus və ingilis dili əlavə üstünlükdür.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi;
Şənbə qısa iş günü
İş yeri: Bakı, Ak.Həsən Əliyev 493
Əmək haqqı: 2500 Azn (net)
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.