
“Nardaran İnvest” MMC “Mühasib” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Bank əməliyyatları üzrə müxabirləşmələri düzgün aparmaq və onların düzgünlüyünü yoxlamaq;
Mühasibat uçotu sistemində ödənişlərlə bağlı məlumatların düzgün və vaxtında işlənilməsini təmin etmək;
Pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə əməliyyatların düzgün təsnifatını təmin etmək və prosesin effektiv icrasında iştirak etmək;
Mühasibat uçotunda əməliyyatların hesablar planına uyğun olaraq düzgün əks etdirilməsini təmin etmək;
Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq;
Gündəlik maliyyə və mühasibat əməliyyatlarını vaxtında və dəqiq icra etmək;
Maliyyə sənədlərinin düzgünlüyünü yoxlamaq, məlumatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq maliyyə məlumatlarını düzgün və vaxtında təmin etmək;
Rəhbərliyin tələblərinə uyğun maliyyə və ödəniş hesabatlarının hazırlanmasına dəstək olmaq;
Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
ERP proqramları ilə işləmək bacarığı (mütləqdir);
Ödənişlər üzrə mühasib və ya oxşar vəzifədə iş təcrübəsi;
Bank əməliyyatları və ödəniş prosesləri üzrə yaxşı bilik;
Cash Flow anlayışını və əməliyyatların bu istiqamətdə təsnifatı üzrə biliklər;
Mühasibat uçotu və hesablar planını yaxşı səviyyədə bilmək;
Rus dilini minimum orta səviyyədə bilmək;
Analitik düşünmə, problemləri araşdırmaq və operativ həll etmək bacarığı;
Diqqətli, məsuliyyətli, çevik və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
ERP sistemlərində iş təcrübəsi;
Böyük həcmli ödəniş əməliyyatları ilə iş təcrübəsi;
Maliyyə hesabatları və cash flow planlaşdırılması üzrə təcrübə.
İş barədə məlumat:
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.