
Vəzifənin qısa təsviri:
Aparıcı Mühasib şirkətin mühasibat uçotunun və hesabatlığının dəqiqliyini təmin edir; ayın və ilin bağlanışı, maliyyə və idarəetmə hesabatlığı, xərclərə nəzarət, audit və vergi proseslərinə töhfə verir. Vəzifə həmçinin mühasibat əməliyyatlarına nəzarəti və mühasibat komandasına dəstəyi əhatə edir.
Məşğulluq növü: Tam iş günü
Vəzifə öhdəlikləri:
Ayın və ilin bağlanışı proseslərində iştirak
Mühasibat və maliyyə hesabatlarının hazırlanması və yoxlanılması
Debitor/kreditor borclarına, üzləşmələrə, hesablanmalara və təsdiqedici sənədlərə nəzarət
Mühasibat yazılışlarının və bölgülərin yoxlanılması
Büdcələmə və idarəetmə hesabatlığı proseslərində iştirak
Xərclərə nəzarət prosedurlarının tətbiqi və monitorinqinə dəstək
Əməliyyat və inzibati xərclərin monitorinqi
Xərclərin bölüşdürülməsi və təsdiqedici sənədlərlə bağlı əməliyyat departamentləri ilə əməkdaşlıq
Kənar audit və vergi hesabatlığı proseslərində iştirak
Mühasibat əməliyyatlarına nəzarət və mühasibat komandasına dəstək
Tələblər:
Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil
Minimum 5 il mühasibatlıq təcrübəsi
Baş Mühasib müavini və ya Aparıcı Mühasib vəzifəsində təcrübə
Mühasibat və vergi qanunvericiliyi üzrə güclü biliklər
MHBS (IFRS) və hesablama metodu prinsiplərini yaxşı başa düşmə
Ayın bağlanışı və audit təcrübəsi
ERP/mühasibat sistemləri ilə təcrübə, üstünlük 1C:Enterprise
Excel üzrə qabaqcıl biliklər
PMS sertifikatının mövcudluğu üstünlükdür.
ACCA/DipIFR üstünlük kimi
Təklif etdiyimiz imkanlar:
Əməkhaqqı: 1500-1800 AZN
İş qrafiki: 5 günlük
İş yeri: Babək plaza
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.