
Vəzifə öhdəlikləri:
Müəssisənin mühasibat uçotunu qanunvericiliyə uyğun idarə etmək;
Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Nağd və nağdsız ödənişlərin düzgün uçotuna nəzarət etmək;
Bank hesabları üzrə əməliyyatların uçotunu və üzləşdirilməsini həyata keçirmək;
Debitor və kreditor borclarına nəzarət etmək;
Maya dəyərinin (Food Cost və Beverage Cost) hesablanmasına nəzarət etmək.
Məhsul itkiləri, silinmələr və tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
Əməkhaqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin düzgün hesablanmasını təmin etmək;
Vergi öhdəliklərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin düzgün tərtibini təmin etmək;
Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
Büdcənin hazırlanmasında iştirak etmək və büdcə icrasına nəzarət etmək;
Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini qiymətləndirmək;
Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı müəssisəni təmsil etmək;
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış və Restoran sektorunda);
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər;
Elektron dövlət portalları ilə işləmək bacarığı;
Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
İş barədə məlumat:
İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
5 günlük iş qrafiki: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.