
Vəzifə öhdəlikləri:
Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
Vergi bəyannamələri ilə işləmək;
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasının təşkil edilməsi;
Hesabat-uçot işlərinin müasir avtomatlaşdırma vasitələrindən istifadə edərək qurulmasında iştirak edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotunu aparılması;
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edilməsi;
Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak edilməsi.
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Seçim meyarları:
Təhsil: Ali,PMS sertifikatı olması arzu olunandır
İş təcrübəsi: mühasibatlıq üzrə 1 il və ya PMS sertifikatı varsa təcrübə olmasada olar
Texniki və peşəkar biliklər: Riyazi hesablama bacarığı, ERP (1C) ilə işləmə bacarığı, MS Office ilə işləmə bacarığı, əsas vəsaitlərin uçotu
Yumşaq bacarıqlar və səriştələr: Komanda ilə iş, detallara diqqət, kommersiya sirrinin qorunması
Dil bilikləri: ingilis ,türk və rus dillərini bilməyi üstünlük təşkil edir
Digər tələblər / qeydlər: Maliyyə sənədlərinin dəqiqliyini qorumaq və qanunvericiliyə uyğun işləmək
Səlahiyyətlər:
Maliyyə əməliyyatlarının düzgün və vaxtında uçotunu aparmaq
Hesabatlılığı təmin etmək və rəhbərliyə maliyyə qərarlarında dəstək vermək
Mühasibat uçotunun şəffaf, dəqiq və etibarlı aparılmasını təmin etmək
Məsuliyyətlər:
Maliyyə sənədlərinin düzgünlüyünə görə məsul olmaq
Kassa və bank əməliyyatlarının düzgünlüyünü təmin etmək
Mühasibatlıq uçotunun qanunvericiliyə uyğun aparılmasına cavabdeh olmaq
Əlavə məlumat:
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İş yeri Şəmkir şəhəri
Maraqlanan şəxslər öz CV formalarını Mühasib (Şəmkir)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
CV-lərin təqdim ounması ilə bağlı son tarix 07/10/2026