
Azerbaijan Ground Services MMC Maliyyə departamentinə məsuliyyətli və peşəkar Mühasib (Debitor Borclar üzrə) axtarır.
Vəzifə öhdəlikləri:
Debitor borclarının uçotunu aparmaq və nəzarət;
Müştəri hesablaşmaları və üzləşmələri həyata keçirmək;
Aging hesabatlarını hazırlamaq və təhlil etmək;
Vaxtı keçmiş borcları izləyəmək və yığım prosesini həyata keçirmək;
Hesab-faktura, e-qaimə və təhvil-təslim aktlarını hazırlamaq;
1C proqramında məlumatların işlənilməsini və aylıq hesabatların hazırlanmasını həyata keçirmək;
Uyğunsuzluqları araşdırmaq və maliyyə hesabatları üçün zəruri məlumatları təqdim etmək.
Namizəddən gözləntilər:
Müvafiq sahə üzrə ali təhsil;
Mühasibatlıq sahəsində, xüsusilə debitor borclar üzrə 1–3 il iş təcrübəsi;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və operativlik.
İş yeri: Binəqədi rayonu, Sumqayıt şosesi 3
İş rejimi: 5 günlük
Əməkhaqqı: Razılaşma yolu ilə
Bu rola uyğun olduğunuzu düşünürsünüzsə,
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına mövzu xanasına "Mühasib (debitor borclar üzrə)" yazaraq CV göndərə bilərlər.
Uyğun namizəd tanıyırsınızsa, bu vakansiyanı onunla paylaşın!