
Vəzifə öhdəlikləri:
Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması
Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması
Əsas tələblər:
Yaş: 21-25
Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
Microsoft Office proqramlarında işləmə bacarığı.
ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
Analitik düşüncə və detallara diqqət.
Məsuliyyətlilik və operativlik.
Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.
İş şərtləri:
5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
Əmək haqqı: razılaşma əsasında.
İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Nahar Şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Əməliyyatçı mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.