
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: Mühasib
Məkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00
Tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi;
1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı.
Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar;
Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdür
Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
Öhdəliklər:
Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq;
Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək;
Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq;
Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək.
Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək;
Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək.
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Kompleksin yeməkxanasında nahar imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] elektron poçt ünvanına CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər.