
Deluxe Park Qusar Hotel & Resort komandasına Mühasib vəzifəsi üçün təcrübəli namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Gündəlik mühasibat əməliyyatlarının aparılması və ilkin sənədlərin yoxlanılması
Kassa və bank əməliyyatlarına nəzarət
Təchizatçılarla hesablaşmaların və ödənişlərin izlənməsi
Anbar və mal-material uçotunun aparılması
Əmək haqqının hesablanmasında iştirak
Vergi və statistik hesabatların vaxtında hazırlanıb təqdim edilməsi
Aylıq və illik maliyyə hesabatlarının hazırlanması
Otelin gəlir və xərclərinin təhlilində rəhbərliyə dəstək
Namizədə tələblər:
Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə)
Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini bilməsi
1C proqramında və MS Excel-də sərbəst işləmə bacarığı
E-taxes portalı ilə işləmə təcrübəsi
Diqqətli, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti
Otel sahəsində iş təcrübəsi üstünlükdür
İş şəraiti:
İş yeri: Qusar şəhəri
İş qrafiki: tam iş günü
Yaşayış yeri şirkət tərəfindən təmin edilir
Gündə 3 dəfə qidalanma təmin olunur
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini və əmək haqqı gözləntilərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.