
Qusar şəhərində fəaliyyət göstərən otelimizə Gəlirlər üzrə Mühasib vəzifəsi üzrə məsuliyyətli və peşəkar əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
Otelin gündəlik gəlirlərinin uçotunun aparılması;
Kassa, POS və digər satış nöqtələri üzrə məlumatların yoxlanılması və uyğunlaşdırılması;
Gündəlik, həftəlik və aylıq gəlir hesabatlarının hazırlanması və təqdim edilməsi;
Uyğunsuzluqların müəyyən edilməsi , araşdırılması, və sistemdə müəyyən düzəlişlər edilməsi;
Maliyyə sənədlərinin düzgün və vaxtında işlənməsinin təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə təhsil;
Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
MS Excel proqramında işləmə bacarığı;
Analitik düşünmə və diqqətlilik;
Məsuliyyətli və nəticəyönümlü yanaşma;
Otel sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
İş şəraiti:
İş yeri: Qusar şəhəri;
İş qrafiki tam iş günü;
Yaşayış yeri şirkət tərəfindən təmin edilir;
Gündə 3 dəfə qidalanma təmin olunur;
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Otel təcrübəsi olanlar üstünlükdür
Məktubun mövzu hissəsində “Gəlirlər üzrə Mühasib” qeyd olunması xahiş edilir.
Peşəkar komandamızın bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!