
Rahat Supermarketlər şəbəkəsi Xərclərə nəzarət üzrə mühasib (Retail) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq;
Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək;
Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək;
Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək;
Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq;
İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
Mühasibat hesabları üzrə üzləşdirmələr aparmaq və aylıq idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
Xərclərin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
Büdcələmə, inventarizasiya və daxili nəzarət proseslərinin təkmilləşdirilməsində iştirak etmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibat uçotu və ya xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi;
Pərakəndə satış sektorunda iş təcrübəsinə üstünlük verilir;
Ay bağlanışı, mal-material uçotu və maya dəyərinin hesablanması üzrə praktiki biliklər;
MS Excel proqramında yaxşı işləmək bacarığı;
Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
Analitik düşüncə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
Hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək bacarığı.
Əlavə üstünlüklər
ACCA F2 (Management Accounting), F3 (Financial Accounting) və F7 (Financial Reporting) imtahanlarını uğurla vermiş namizədlərə üstünlük verilir;
Pərakəndə satış şəbəkələrində maya dəyəri, marja və əməliyyat xərclərinin təhlili üzrə təcrübə;
İdarəetmə hesabatlarının hazırlanması və daxili nəzarət proseslərində iştirak təcrübəsi.
İş şərtləri
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və bacarıqları, iş təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller / Xərclərə nəzarət üzrə mühasib” (Retail) qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.