
Kənd Payı Orqanik kənd təsərrüfatı məhsullarının orqanik istehsalı ilə məşğul olan müəssisəsinə operator tələb olunur.
Vəzifə öhdəlikləri:
İstehsal və anbar əməliyyatları üzrə məlumatların sistemə daxil edilməsi;
Məhsulların qəbulu və hərəkətinin qeydiyyatının aparılması;
Gündəlik hesabatların hazırlanması;
Sənədləşmə işlərinin aparılması və məlumatların düzgünlüyünə nəzarət;
Rəhbərliyin müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
1 C Operator vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi;
Kompüterdən istifadə bacarığı;
MS Excel və digər ofis proqramları üzrə biliklər;
Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
Komandada işləmək bacarığı;
Xanım namizədlərə üstünlük verilir.
İş qrafiki:
İş yeri: Gəncə şəhəri, Avtozavod yolu
İş rejimi: 6 günlük iş qrafiki
Əmək haqqı: Razılaşma əsasında
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində " 1C Operator" qeyd etməklə [email protected] ünvanına və ya 010 256 44 07 vatsap nömrəsinə göndərə bilərlər.