
Vəzifə öhdəlikləri:
Texniki ofis mühəndisi birbaşa Layihə rəhbərinə tabedir;
Şöbə üzrə aylıq gördüyü işlərə görə Layihə rəhbərinə hesabat vermək;
RİF hazırlanması, izlənmə və arxivləşdirməsi;
Layihənin sənədlərinin tam təmin olunduğuna əmin olmaq üçün nəzarət etmək;
Layihə paketini ətraflı şəkildə yoxlayır (sənədləri, təsvirləri və spesifikasiyaları, həcmlə bağlı bəyannamələri və s.);
Sifarişçi və 3-cü tərəflərlə şirkət arasında olan məktubların və aktların hazırlanması;
Yazışmaların aparılması və sistemləşdirilməsi;
Sahəyə daşınan materialların hesabatının aparılması,tərəzidən gələn qəbzlər arasında yoxlanılması;
Elektron və kağız arxivlərinin aparılması;
Hesablama zamanı buraxılan məlumatların tapılaraq hesabat verilməsi;
Çizimlərə və texniki xüsusiyyətlərə görə qiymət cədvəllərinin hazırlanması və yoxlanması;
Layihənin həcminə görə iş gücünü tələbini və ümumi əmək saatı (Man-Hours) ( 1 saata düşən iş yükü) və Çıxış miqdarını hesablamaq;
Sahə və layihə menecerləri, memarlar, texniki ofis və sahə mühəndisləri kimi digər inşaat işçiləri ilə əlaqə saxlamaq;
Tikinti sahələrinə səfərlər etmək;
Gələcək Layihələrdə səmərəliliyin artırılması məqsədilə verilənlər bazasının yaradılması və yenilənməsi;
Riyazi və praktiki yanaşma yolu ilə texniki problemləri həll etmək;
Tamamlanmış işləri təhlil etmək;
Layihəlerlə bağlı məlumatları üçüncü tərflərlə paylaşmamaq;
Layihə Meneceri və İdarə heyətinin sədri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
Tələblər:
Excel bilikləri: mürəkkəb funksiyaların istifadəsi (VLOOKUP, HLOOKUP, Pivot Table, IF/ELSE, SUMIF, və s.)
Müqavilələrinin, texniki təkliflərin hazırlanması və qiymətləndirilməsi üçün lazım olan biliklər
Müvafiq texniki sahədə ali təhsil (Mühəndis)
Namizədlərdən CV-ni "Texniki ofis mühəndisi (Qarabağ)” mövzusu ilə [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərməyi xahiş olunur.