İş şəraiti
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: 6 günlük iş həftəsi
Əməkhaqqı 2500 Azn
Vəzifə öhdəlikləri
Alçaq gərginlikli paylayıcı və idarəetmə panolarının layihələndirilməsi və yığılması prosesinə nəzarət etmək;
AutoCAD proqramında birxətli sxemlərin, prinsipial elektrik sxemlərinin və pano daxili yerləşdirmə planlarının hazırlanması və oxunması;
Yüksək gərginlikli sistemlər, yarımstansiyalar və kabel xətləri üzrə texniki təhlillərin aparılması;
Layihələrin texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
Elektrik avadanlıqlarının və materiallarının seçilməsi, spesifikasiya siyahılarının (BOM) hazırlanması;
İstehsalat və sahədə yaranan texniki problemlərin operativ həllində iştirak etmək.
Namizədə tələblər
Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
AutoCAD proqramında sərbəst işləmək bacarığı;
Elektrik panolarının yığılması və iş prinsipləri üzrə dərin texniki biliklər;
Yüksək gərginlik avadanlıqları, transformatorlar və mühafizə sistemləri haqqında biliklər;
Texniki sənədlər və kataloqlarla işləmək bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Təklif edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Elektrik Mühəndisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.