
Vəzifə öhdəlikləri
Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.
Tələblər
Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
İngilis dili biliyi üstünlük hesab olunur.
Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti və şərtləri
İş yeri: Ağdərə, Azərbaycan;
İş qrafiki: Növbəli iş rejimi;
Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Kiçik Geotexnik Mühəndisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.