
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycanın Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün Keyfiyyət Mühəndisi (Tikinti Sahəsi üzrə) vəzifəsinə peşəkar namizəd axtarırıq.
Ümumi tələblər
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq;
Keyfiyyətə nəzarət (QA/QC) sahəsində oxşar vəzifədə minimum 5–15 il iş təcrübəsinə malik olmaq;
Betonarme, infrastruktur (altyapı), incə tikinti işləri və fasad işləri üzrə təcrübəyə malik olmaq;
Texniki sənədləri oxuyub-anlamaq və yazışmalar aparmaq səviyyəsində ingilis dili biliyinə malik olmaq;
Microsoft Office proqramlarını və AutoCAD proqramını sərbəst istifadə etmək bacarığına malik olmaq;
Kompüter biliklərinə yüksək səviyyədə yiyələnmiş olmaq;
Komanda ilə işləmək, analitik düşünmək və problemlərin həllinə yönümlü yanaşma nümayiş etdirmək;
Üstünlük verilir: ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə Daxili Auditor (Internal Auditor) sertifikatına malik namizədlərə.
İşin təsviri
Tikinti işlərinin layihə, texniki spesifikasiyalar və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
Betonarme, infrastruktur, incə işlər və fasad işləri üzrə keyfiyyət yoxlamalarını həyata keçirmək;
Giriş materiallarının, görülən işlərin və tamamlanmış mərhələlərin keyfiyyətə uyğunluğunu yoxlamaq;
Uyğunsuzluqları müəyyən etmək, müvafiq hesabatları hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
Keyfiyyət yoxlama protokollarını, hesabatları və digər texniki sənədləri hazırlamaq və arxivləşdirmək;
Podratçı və subpodratçıların işlərinin keyfiyyət tələblərinə uyğunluğunu izləmək;
Layihə komandası ilə koordinasiyalı işləyərək keyfiyyət standartlarının tətbiqini təmin etmək;
ISO 9001 və şirkətin keyfiyyət prosedurlarına uyğun fəaliyyət göstərmək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Keyfiyyət Mühəndisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.