
Namizədə dair tələblər:
Cins: Kişi,
Yaş: 25 - 45 yaş aralığında
İş təcrübəsi müddəti: Minimum 3-5 il
Təhsil: Ali
Digər tələblər: Tikinti norma və qaydalarını bilmək;
1C , MS Office Excel və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
Vəzifələr:
Sahə tərəfindən yazılan material tələb formalarının uyğunluğunu yoxlamaq, sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
Müəyyən edilmiş material, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq, işin gedişatını nəzarətdə saxlamaq, Layihə xərclərinin mütəmadi yoxlanılmasını icra etmək;
Tikinti aparılan sahələri mütəmadi yoxlamaq və çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
Tikintisi başa çatmış obyektlərə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazimi sənədlərin təqdim edilməsi
Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq, aylıq və həftəlik hesabatlar təqdim etmək;
Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək
Əməkhaqqı məbləği: Müsahibə əsasında.
Həftənin iş günləri: Həftədə 6 gün
Ünvan: Bakı şəhəri.
Müraciət qaydası: Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “texniki nəzarət üzrə Mühəndis” qeyd edilməlidir.
Haqqında: ONE SOLUTION MMC təmir və tikinti sahəsində fəaliyyət göstərən şirkətdir.