Vəzifə öhdəlikləri
Hazırlanmış dizayn layihəsi və texniki çertyojları düzgün oxumaq, görüləcək işləri şirkət tərəfindən təyin edilmiş ustalara aydın şəkildə izah etmək.
Obyekt üzrə iş ardıcıllığını müəyyən etmək, görüləcək işləri mərhələlər üzrə planlaşdırmaq, ümumi və həftəlik iş qrafikini hazırlamaq.
Ustaların gördüyü işlərin layihəyə, çertyoja, ölçülərə və tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və görülmüş işləri ustalardan təhvil almaq.
Təhvil alınmış işlərin həcmi və tamamlanması barədə şirkət rəhbərliyinə məlumat vermək və ustanın ödənişinin həyata keçirilməsi üçün görülmüş işi təsdiq etmək.
Növbəti iş mərhələlərində lazım olacaq mal-materialları əvvəlcədən müəyyənləşdirmək, miqdarını planlaşdırmaq və materialların vaxtında sifariş olunmasını təşkil etmək.
Obyektdə şirkət tərəfindən təyin edilmiş ustaların iş prosesini koordinasiya etmək, işlərin düzgün ardıcıllıqla, keyfiyyətli və müəyyən edilmiş vaxt çərçivəsində icrasına nəzarət etmək.
Tələblər
Bəy namizədlər
İnşaat mühəndisliyi və ya mühəndislik sahəsi üzrə ali təhsil.
AutoCAD proqramında işləmək və texniki çertyojları sərbəst oxumaq bacarığı.
Microsoft Office proqramları üzrə iş biliklərinin olması.
Təmir-tikinti işlərinin mərhələlərini və düzgün iş ardıcıllığını bilmək.
Sahədə işləmək, ustalarla düzgün kommunikasiya qurmaq, görülən işlərə texniki və keyfiyyət baxımından nəzarət etmək bacarığı.
Villa, fərdi yaşayış evi, yeni tikili mənzillər, kommersiya obyektləri, otel və restoranların təmir-tikinti işlərində praktiki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Məsuliyyətli, planlı, dəqiq və iş prosesini idarə etmək bacarığına malik olmaq.
İş şəraiti
Əmək haqqı namizədin iş təcrübəsi və stajına uyğun olaraq müəyyən edilir.
İş qrafiki: həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Şənbə günü iş saatı 09:00-dan 15:00-dək.
Bazar günü istirahət günüdür.
Əlaqə 055 980 89 99