
Fortis Construction komandamıza tikinti layihələrinin yüksək keyfiyyət standartlarına uyğun və müəyyən edilmiş müddətlərdə icrasını təmin edəcək peşəkar İnşaat Mühəndisi dəvət edir.
Əsas vəzifə öhdəlikləri
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və tikinti norma və qaydalarına uyğun icrasını təmin etmək;
Tikinti prosesini planlaşdırmaq, iş qrafikinin icrasına nəzarət etmək və yaranan gecikmə risklərini operativ şəkildə aradan qaldırmaq;
Layihə, çertyoj, smeta və texniki sənədləri təhlil etmək, icra zamanı yarana biləcək uyğunsuzluqları müəyyənləşdirmək;
Podratçı, subpodratçı və sahə komandalarının fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Görülmüş iş həcmlərini yoxlamaq, ölçülərin düzgünlüyünü təmin etmək və icra sənədlərinin hazırlanmasında iştirak etmək;
Material tələbatını planlaşdırmaq, materialların qəbuluna, düzgün istifadəsinə və sərfiyyatına nəzarət etmək;
Tikinti prosesində yaranan texniki problemləri təhlil etmək, optimal həll yolları hazırlamaq və icrasını təmin etmək;
Texniki ofis, sifarişçi, texniki nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Layihənin gedişatı üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq, rəhbərliyi operativ məlumatlandırmaq;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və keyfiyyət standartlarının tikinti sahəsində tətbiqinə nəzarət etmək;
Layihənin təhvil-təslim mərhələsində iştirak etmək, icra sənədlərinin tamlığını və düzgünlüyünü təmin etmək.
Namizədə tələblər
İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, tikinti texnologiyaları və materialları üzrə biliklər;
Layihə, smeta sənədləri və texniki çertyojlarla işləmək bacarığı;
AutoCAD proqramında sərbəst işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarığı;
Yüksək məsuliyyət, təşkilatçılıq, ünsiyyət və komanda ilə işləmək bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür.
Üstünlük təşkil edir
Revit, Civil 3D və ya Microsoft Project proqramları üzrə biliklər;
Premium yaşayış və iri həcmli tikinti layihələrində iş təcrübəsi;
Texniki ofis və sahə koordinasiyası sahəsində təcrübə.
İş şəraiti
Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
İş növü: Tam ştat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər