
Vəzifə öhdəlikləri:
Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması
Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili
Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi
Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi
Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması
Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi
Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi
Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması
Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə)
Minimum 5 il MEP sahəsində iş təcrübəsi
AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı
Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik
Smeta və həcmlərin hesablanması üzrə təcrübə
Analitik düşünmə və detallara diqqət
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Həcm üzrə mühəndis (Qarabağ, MEP) başlığı ilə göndərməklə edə bilərsiniz.