
İş yeri: Ceyranbatan Qəsəbəsi
İş rejimi: 6 günlük, saat 09:00 – 18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Vəzifə öhdəlikləri
Metallurgiya və istehsalat proseslərinin təşkilində və idarə edilməsində iştirak etmək;
Metal və ərintilərin istehsalı və emalı proseslərinə texniki nəzarət etmək;
İstehsal proseslərinin texnoloji tələblərə və müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək;
Xammalın, hazır məhsulun və istehsal prosesinin keyfiyyət göstəricilərinə nəzarət etmək;
İstehsalat zamanı yaranan texniki problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
İstehsal göstəricilərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq;
Avadanlıqların səmərəli və təhlükəsiz istismarına nəzarət etmək;
Texnoloji sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət olunmasını təmin etmək;
İstehsal proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təkliflər vermək.
Namizədə tələblər
Metallurgiya mühəndisliyi, materialşünaslıq, kimya mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə 5 il iş təcrübəsi üstünlükdür;
Metallurgiya və metal emalı texnologiyaları haqqında biliklər;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Şirkət tərəfindən təklif olunur
Rəqabətli əmək haqqı;
Peşəkar inkişaf və təlim imkanları;
Karyera inkişafı imkanı;
Müasir istehsalat mühiti;
Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Metallurgiya mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.