Vəzifə öhdəlikləri:
Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək;
Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq;
İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək;
Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək;
Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək;
Namizədə tələblər:
Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
Tikinti sahəsində minimum 5 il müvafiq iş təcrübəsi;
Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
İş şəraiti:
İş yeri: Bakı, Xətai r., 8 Noyabr prospekti
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 2500 - 2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.