Tələblər
Yüksək, orta və alçaq gərginlikli elektrik qurğularının iş prinsipini və konstruksiyasını bilməlidir; (35 kV-a gədər)
Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarını təşkil etməlidir;
Transformatorlar, elektrik lövhələri, avtomat açarlar, kontaktorlar, relelər, UPS, generator və digər elektrik avadanlıqları ilə işləməyi bacarmalıdır;
Kabel xətlərinin seçilməsi, hesablanması, çəkilişi və texniki vəziyyətinə nəzarət etməyi bacarmalıdır;
Kabel kəsiyini, yük cərəyanını, gərginlik itkisini və qısaqapanma cərəyanlarını hesablamağı bacarmalıdır;
Qısaqapanmadan, artıq yüklənmədən və digər qəza rejimlərindən mühafizə sistemlərini seçməyi və yoxlamağı bacarmalıdır;
Torpaqlama və mühafizə sistemlərinin quruluşunu və tələblərini bilməlidir;
Elektrik avadanlıqlarında nasazlıqları müəyyən etməyi və aradan qaldırılmasını təşkil etməyi bacarmalıdır;
Elektrik avadanlıqlarına texniki baxış və profilaktik xidmətlərin planlaşdırılmasını həyata keçirməyi bacarmalıdır;
Elektrik enerjisinə qənaət və enerji səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamağı bacarmalıdır.
Bu sahədə 5 ildən artıq təcrübəsi olmalıdır
Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
Təhsil: ali (energetika sahəsi üzrə)
İş şəraiti
İş saatları: 9:00-dan 18:00-dək. Həftə içi beş gün
Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.