
Vəzifə öhdəlikləri
Binadaxili və sahədaxili elektrik təchizatı sistemlərinin (işıqlandırma, yerlə birləşdirmə (torpaqlama), ildırımdan mühafizə və s.) layihələndirilməsi
Zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, rabitə, videomüşahidə, girişə nəzarət sistemi və s.) layihələndirilməsi
Elektrik yüklərinin hesablanmasını, kabel kəsiklərinin seçilməsini və qısaqapanma cərəyanlarının yoxlanılmasını təmin etmək
Transformator yarımstansiyaları, paylayıcı qovşaqlar (BPL/IPL/MCC) və dizel-generator qurğuları üzrə texniki həllərin hazırlanması
Elektrik xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, su-kanalizasiya, mexanika və s.) koordinasiyanın həyata keçirilməsi
Layihələrin IEC, PUE, SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək
Dövlət qurumları (o cümlədən elektrik təchizatı təşkilatları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək
Tikinti mərhələsində layihə üzrə müəllif nəzarətini həyata keçirmək.
Komanda üzvlərinə texniki dəstək göstərmək və layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq
Tələblər
AutoCAD və Revit proqramlarında sərbəst işləmə bacarığı.
Texniki sənədlərin hazırlanması üçün MS Office (Word, Excel və s.), həmçinin elektrik hesablamaları üçün müvafiq proqram təminatı (məsələn, ETAP, DIALux və s.) ilə işləmə təcrübəsi üstünlükdür.
Elektrik təchizatı və zəif cərəyan sistemləri üzrə dərin nəzəri və praktiki biliklər, həmçinin hesablama bacarığı.
IEC, PUE, SNiP, SP, AzDTN və digər normativ sənədlərə yüksək səviyyədə bələdlik.
Komandanın idarə olunması, koordinasiya və layihələrə texniki nəzarət bacarıqları.
Azərbaycan və rus dillərində texniki sənədlərlə işləmə bacarığı.
Elektrik mühəndisliyi (elektrik təchizatı sistemləri) üzrə ali texniki təhsil.
Sahə üzrə minimum 5 –7 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə iş təcrübəsi.
Yaşayış və inzibati binalar, sənaye müəssisələri, tibb müəssisələri, hərbi və strateji təyinatlı obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Elektrik işləri üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.