Tələb olunan bilik və bacarıqlar:
İnşaat mühəndisliyi üzrə ali təhsil
Müvafiq sahədə minimum 5 il təcrübə
Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
Tikinti normativləri və standartları üzrə məlumatlılıq
Əsas vəzifə öhdəlikləri:
Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
Sizi nə gözləyir?
Kompleks layihələrdə iştirak imkanı
Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
İnkişaf yönümlü şirkət mədəniyyəti
İş şəraiti
İş Qrafiki: Həftə içi 6 gün | 09:00 – 18:00
Əmək haqqı-1500-2000 AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.