Vəzifə funksiyaları:
Dəmir-beton işlərinin (armatur, kalıp, beton tökmə) keyfiyyətinə sahədə nəzarətin həyata keçirilməsi
İşlərin layihə, texniki şərtlər və standartlara uyğun icrasının yoxlanılması
Beton tökülməsi öncəsi və sonrası yoxlamaların (pre-pour / post-pour inspections) aparılması
Materialların (sement, armatur, qatqılar və s.) keyfiyyət sertifikatlarının yoxlanılması
Laborator testlərin (slump test, kub nümunələr və s.) təşkili və nəticələrin izlənilməsi
Uyğunsuzluqların (NCR) aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
Podratçı işlərinin keyfiyyət baxımından nəzarətdə saxlanılması
Gündəlik və həftəlik hesabatların hazırlanması
Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi
İş təhlükəsizliyi və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət
Vəzifəyə olan tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi üzrə)
Dəmir-beton işləri üzrə minimum 2–4 il iş təcrübəsi
Beton, armatur və kalıp işləri üzrə texniki biliklər
Layihə sənədlərini (shop drawing, IFC) oxuma və təhlil etmə bacarığı
Yerli normativlər və beynəlxalq standartlar (ASTM, BS, Eurocode və s.) üzrə biliklər
Beton tökülməsi, curing, slump test və digər laborator nəzarət prosedurları üzrə anlayış
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
Detallara diqqət, məsuliyyət və operativ qərarvermə bacarığı
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
İş Şəraiti:
İş qrafiki: 6/1, 08:00-17:00
Nahar şirkət tərəfindən təmin edilir
Korporativ balans (bakcell)
Korporativ taksidən istifadə
Əmək haqqı: 2200-2500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Keyfiyyətə nəzarət mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.