
Nə təklif edirik?
Könüllü tibbi siğorta (ailə paketi);
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Tikinti layihələrinin planlaşdırılması, nəzarəti və icrasına rəhbərlik etmək;
Texniki cizgilərin və layihə sənədlərinin yoxlanılması və uyğunluğunun təmin edilməsi;
Tikinti sahəsində təhlükəsizlik qaydalarına nəzarət etmək;
Podratçılar və digər müvafiq tərəflərlə əməkdaşlıq və əlaqələndirmə;
Tikinti materiallarının keyfiyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət;
Layihə büdcəsinin və qrafiklərinin izlənilməsi;
Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.
Tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi);
Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi (layihələrin idarə olunması təcrübəsi üstünlükdür);
Azərbaycan tikinti normativləri və beynəlxalq standartlar barədə bilik;
AutoCAD, MS Project və digər müvafiq proqram təminatlarını bilmək;
Komandada işləmə və rəhbərlik qabiliyyəti;
PMP və ya digər layihə idarəetməsi sertifikatları;
İş sahəsində risklərin idarə olunması bilikləri;
Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);
CV-lərinizi “Baş inşaat mühəndisi” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.