
Vəzifə öhdəlikləri
Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərinə, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.
Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə tələblər
Müvafiq sahədə ali təhsil
3 ildən çox müvafiq sahədə iş təcrübəsi
Kompüter bilikləri (Microsoft Office proqramları, AutoCad,);
Azərbaycan dili səLis bilməlidir
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
İş şəraiti
İş rejimi: 6 gün
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.