
İşin təsviri
Santexnik və mexaniki sistemlərinin (soyutma və isitmə, havalandırma, su təchizatı, kanalizasiya, qaz təchizatı və s.) layihələndirilməsi, montajı, istismarı və təmiri üzrə texniki rəhbərliyin həyata keçirilməsi;
AutoCAD və digər CAD mühəndislik proqram təminatlarından istifadə etməklə mexaniki sistemlərin və məhsulların layihələndirilməsinin həyata keçirilməsi;
Layihə sistemləri və əməliyyat məlumatlarının təhlil edilməsi, avadanlıq ehtiyacları və sistem tələblərinin müəyyənləşdirilməsi;
Mexaniki, elektrik və santexnika (MEP), eləcə də isitmə, havalandırma və kondisionerləşdirmə (HVAC) sistemlərini əhatə edən layihələndirmə sənədlərinin, tikinti planlarının, texniki təsvirlərin və spesifikasiyaların nəzərdən keçirilməsi və uyğunluğunun təhlil edilməsi;
Yeraltı kanalizasiya sistemlərinin layihəyə uyğun şəkildə montaj və quraşdırılmasının təşkili və nəzarətin təmin edilməsi;
MEP (mexaniki, elektrik və santexnika) bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq layihələrin inteqrasiyasına nəzarətin həyata keçirilməsi;
Normativ-texniki tələblərə uyğunluq baxımından layihə üzrə təkmilləşdirmə və düzəlişlərə dair təkliflərin hazırlanması;
Tikinti sahəsində texniki nəzarətin aparılması, sınaq və qəbul işlərinin koordinasiya edilməsi;
Quraşdırma zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi.
Namizədə tələblər:
Ali təhsil (müvafiq mühəndislik ixtisası üzrə);
Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
HVAC, su və kanalizasiya, qaz və isitmə sistemləri üzrə texniki biliklər;
Layihə sənədləri və çertyojlarla işləmə bacarığı;
AutoCAD proqramlarını yaxşı səviyyədə bilmək;
Komandada işləmə və koordinasiya qabiliyyəti.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Mexanika mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.