Öhdəliklər:
Kompüter görməsi və dərin öyrənmə modellərinin hazırlanması
Elmi tədqiqatların aparılması və elmi ədəbiyyatdan əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
Tədqiqat, avtomatlaşdırma və intellektual tətbiqlər üçün AI agentlərinin və alət əsaslı iş axınlarının dizayn edilməsi və inteqrasiyası
Təmiz, səmərəli, saxlanılması asan, test edilə bilən və production səviyyəli kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
Bulud və GPU əsaslı infrastrukturdan istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi və istismar edilməsi
İstifadədə olan sistemlərdə maşın öyrənmə modellərinin performansının və effektivliyinin təhlili
Mövcud modellərin və framework-lərin dəqiqliyinin, dayanıqlılığının və hesablama səmərəliliyinin təkmilləşdirilməsi
Yüksək keyfiyyətli data dəstlərinin yaradılması və saxlanılması, o cümlədən datanın yoxlanılması, etiketlənməsi, validasiyası və təmizlənməsi
Tələblər:
Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya oxşar texniki sahələrdə təhsil
Yüksək səviyyədə Python proqramlaşdırma biliyi
İnkişaf etməkdə olan AI texnologiyalarını araşdırmaq, onlar üzrə eksperimentlər aparmaq və tənqidi qiymətləndirmək bacarığı
Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması, təsvirlərin klassifikasiyası, generativ modelləşdirmə və əlaqəli kompüter görməsi tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
Dərin öyrənmə kitabxanaları ilə güclü praktiki bilik və kodlaşdırma təcrübəsi (xüsusilə PyTorch)
Model təlimi, qiymətləndirilməsi, optimallaşdırılması və xəta analizi üzrə yaxşı anlayış
Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
Modulyar dizayn, test etmə, versiya nəzarəti və clean code prinsipləri daxil olmaqla güclü proqram mühəndisliyi bilikləri
Üstünlük verilən bacarıqlar:
Peyk təsvirləri, məsafədən müşahidə və ya geoməkan Sİ ilə iş təcrübəsi arzuolunandır
Amazon AWS, Google Cloud və ya Microsoft Azure kimi bulud əsaslı həllər ilə təcrübə
Foundation models, Vision-Language Models, multimodal AI və ya generative AI ilə iş təcrübəsi
AI agentləri, tool calling, RAG və ya agentic workflows ilə tanışlıq
Docker, MLOps, model serving və ya GPU əsaslı infrastruktur ilə iş təcrübəsi
GDAL, Rasterio, GeoPandas və ya oxşar geospatial alət və kitabxanalar ilə tanışlıq
Bu meyarlara uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına “Machine Learning Engineer” başlığı ilə göndərə bilərlər.