“CANPA” MMC Qida mühəndisi vəzifəsinə əməkdaş axtarır.
Əsas tələblər:
Qida sektorunda minimum 1 il iş təcrübəsi;
Qida təhlükəsizliyi və sanitariya qaydaları üzrə biliklər;
HACCP standartları üzrə biliklərin olması arzuolunandır;
Qida məhsullarının keyfiyyətinə və saxlanma şəraitinə nəzarət;
Təchizatçılarla iş və məhsulların qəbul prosesinin idarə edilməsi;
Komandanı idarə etmək və iş prosesini təşkil etmək bacarığı;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
MS Office, xüsusilə Excel proqramını yaxşı bilmək;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
ISO 22000 və ISO 9001 standartları üzrə biliklərə malik olmaq;
Təhsil:
Qida mühəndisliyi;
Qida texnologiyası və ya əlaqəli ixtisaslar üzrə ali təhsil.
Təklif edirik:
Əmək haqqı : 800 AZN
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Nahar şirkət tərəfindən verilir
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Qida mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün: 051 240 95 68 (Vatsap)