
“Nardaran İnvest” MMC “Geodeziya / Topoqrafiya Mühəndisi” vakansiyasını elan edir!
Sahə işlərində təcrübəsi olan, topoqrafik ölçmələr və xəritələşdirmə üzrə praktiki bacarıqlara malik mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
Ərazi üzrə geodezik və topoqrafik təhlillər aparmaq, obyektləri, qurğuları və digər ərazi elementlərini yüksək dəqiqliklə ölçmək;
Topoqrafik çəkilişləri (syomka) həyata keçirmək və nəticələr əsasında obrislər hazırlamaq;
Müxtəlif miqyaslı xəritələr, topoqrafik planlar və xəritə materialları hazırlamaq;
Şəhərsalma və digər layihələr üçün topoqrafik məlumatlar hazırlamaq;
Relyef məlumatları ilə işləmək, rəqəmsal relyef modellərinin və həcm hesablamalarının hazırlanmasında iştirak etmək;
Topoqrafik ölçmələr aparmaq, xəritələşdirmə və ərazi məlumatlarını təhlil etmək;
Total Station, GPS/GNSS və digər geodezik ölçmə avadanlıqlarından peşəkar şəkildə istifadə etmək;
Sahə ölçmələrindən əldə olunan məlumatları AutoCAD və digər müvafiq proqram təminatlarına köçürmək və emal etmək;
Ölçmə nəticələri əsasında texniki hesabatlar, planlar və digər təqdimat materialları hazırlamaq;
Layihə ərazisində baş verən dəyişiklikləri və işlərin gedişatını mütəmadi izləmək;
Aşkar edilmiş dəyişikliklər, uyğunsuzluqlar və irəliləyişlər barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək;
Ölçmə və hesablamaların dəqiqliyinə, həmçinin hazırlanmış texniki sənədlərin layihə tələblərinə uyğunluğuna nəzarət etmək.
Namizədə tələblər:
Geodeziya və Xəritəçilik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;
Analoji vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
AutoCAD proqramında sərbəst işləmə bacarığı;
Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı;
Topoqrafik ölçmələr, xəritəçəkmə və geodeziya sahəsində geniş nəzəri və praktiki biliklər;
Topoqrafik məlumatların emalı, təhlili və texniki hesabatların hazırlanması bacarığı;
Relyef və həcm hesablamaları ilə işləmək bacarığı;
Sahə ölçmələrini dəqiq və operativ şəkildə həyata keçirmək bacarığı;
Texniki sənədləşdirmə və hesabatların hazırlanması üzrə bacarıqlar;
Komanda daxilində işləmək və layihə rəhbərliyi ilə effektiv kommunikasiya qurmaq bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Geodeziya / Topoqrafiya Mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.