
Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq Metal Konstruksiya üzrə Mühəndis axtarır.
Vəzifə öhdəlikləri
Metal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
Metal konstruksiyaların texniki və konstruktiv hesablamalarını aparmaq;
Metal konstruksiya üzrə işçi çertyojların və texniki sənədlərin hazırlanmasını təmin etmək;
Layihə çertyojlarını təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək;
Metal konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək;
İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq;
Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və konstruktiv həllər təqdim etmək;
Sütun, tir, ferma, proqon, karniz, navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək;
Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
Metal konstruksiyaların ölçülərinin, oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək;
Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət etmək;
Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı işləmək;
Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya aparmaq;
Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək;
Aşkar edilmiş texniki uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək.
Namizədə tələblər
İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Metal konstruksiyalar üzrə minimum 2 il iş təcrübəsi;
Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki bilik;
İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə bacarığı;
AutoCAD proqramında sərbəst işləmək;
Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla işləmək bacarığı üstünlükdür;
Metal konstruksiyalarda qaynaq və bolt birləşmələri barədə praktiki bilik;
Metal profillər, material markaları və konstruktiv elementlər üzrə bilik;
Tikinti norma və standartları barədə məlumatlı olmaq;
MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
Texniki hesabat və spesifikasiyalar hazırlamaq bacarığı;
Analitik düşüncə və texniki problemləri operativ həll etmək qabiliyyəti;
Tikinti sahəsində işləməyə və mütəmadi sahə baxışlarında iştirak etməyə hazır olmaq;
Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.
İş şərtləri
İş rejimi: Tam iş günü
İş yeri: Bakı şəhəri / tikinti layihələri
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Böyükhəcmli tikinti layihələrində iştirak imkanı;
Peşəkar inkişaf və karyera imkanları;
Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti;
Əmək müqaviləsi ilə rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Metal Konstruksiya üzrə Mühəndis” qeyd etməlidirlər. CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.