Vəzifə funksiyaları:
Tikinti prosesinin gündəlik olaraq icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun idarə olunması ;
Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət etmək ;
Ustalar, briqadalar və subpodratçıların işini koordinasiya etmək və tapşırıqları sahə üzrə paylamaq ;
Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmləri oxumaq və işçilərə izah etmək ;
Günlük və həftəlik iş planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək ;
Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə koordinasiya aparmaq ;
Sahə ölçülərinin, iş həcmlərinin və görülmüş işlərin qeydlərini aparmaq ;
Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin aşkarlanması və operativ şəkildə aradan qaldırılması üçün tədbirlərin görülməsi ;
Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət etmək ;
Görülmüş işlərin foto və yazılı hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak etmək və icra sənədləşməsini aparmaq ;
İşlərin mərhələli şəkildə təhvil-təslim prosesində iştirak etmək ;
Vəzifəyə olan tələblər:
Ali təhsil (İnşaat üzrə);
Sahə mühəndisi və ya icra mühəndisi olaraq 2-5 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
AutoCAD bilikləri (Revit, Civil 3D, Microsoft Project bilikləri üstünlükdür) ;
Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər;
Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı;
Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı;
Əmək şəraiti:
İş qrafiki: 6 günlük
Nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı 2000-2500 AZN NET
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sahə mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.