Vəzifə funksiyaları:
Layihə üzrə fasad işlərinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarətin həyata keçirilməsi ;
Fasad sistemləri üzrə shop drawing, IFC və digər texniki sənədlərin yoxlanılması və təsdiqi prosesində iştirak ;
Podratçı və subpodratçıların işlərinin koordinasiyası və nəzarətdə saxlanılması ;
İş qrafikinin hazırlanması və sahədə işlərin qrafikə uyğun icrasının təmin edilməsi ;
Materialların seçimi, sifarişi və sahəyə vaxtında çatdırılmasına nəzarət ;
Fasad işlərinin keyfiyyət standartlarına və texniki normativlərə uyğunluğunun təmin edilməsi ;
Sahədə texniki problemlərin operativ şəkildə həll edilməsi və alternativ həllərin təklif olunması ;
İşlərin gedişi ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
Layihə üzrə digər bölmələrlə (memarlıq, konstruksiya, MEP və s.) koordinasiyanın təmin edilməsi ;
İş təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət ;
Təhvil-təslim (handover) mərhələsində iştirak və sənədləşmənin tamamlanmasının təmin edilməsi ;
Vəzifəyə olan tələblər:
Ali təhsil (İnşaat üzrə);
Fasad sistemləri üzrə minimum 3-5 il iş təcrübəsi (şüşə fasadlar, alüminium sistemlər, ventilyasiya olunan fasadlar və s.)
Layihə sənədlərini (shop drawing, IFC, as-built) oxuma və analiz etmə bacarığı
Fasad işlərinin icrasına nəzarət, keyfiyyət və texniki standartların tətbiqi üzrə təcrübə
Podratçı və subpodratçılarla işin koordinasiyası bacarığı
Material və texniki həllərin seçimi üzrə biliklər
İş qrafikinin hazırlanması və icrasına nəzarət (MS Project və ya oxşar proqramlar üstünlükdür)
AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı
Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi bacarığı
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
Yüksək məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı
Əmək şəraiti:
İş qrafiki: 5/2, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir.
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
İş yeri - Yasamal ray.241 Abbas Mirzə Şərifzadə
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Fasad mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.